İrəvandakı Dünya Yəhudi Mərkəzi (The World Jewish Center) vandal hücuma məruz qalıb. İsveçrədə yaşayan araşdırmaçı jurnalist Elbəyi Həsənli bu barədə məlumat paylaşıb. E.Həsənli yazır: "...Bu barədə "The Jerusalem Post" xəbər yayıb. Qəzet bildirir ki, İsrailin Azərbaycanla sıx münasibətdə olması ermənilərin xoşuna gəlmir... Yeri gəlmişkən, "CNN" də İsrail-Azərbaycan münasibətləri və bunun Ermənistanda doğurduğu narazılıqla bağlı geniş təhlil yazısı təqdim edib. Məqalədə deyilir ki, Ermənistanın İran ilə müttəfiq olması İsraildə narazılıq doğurur. Azərbaycan isə İrana münasibətdə kəskin mövqedən çıxış edir... O da vurğulanır ki, İsrail-Azərbaycan münasibətləri aysberq kimidir. Yalnız onun onda biri görünür, onda doqquzu isə suyun altındadır... O gün də ermənilər Los-Ancelesdə türklərə hücum etmişdilər...".
Bəli, ermənilərin ikiüzlü olduğunu bilirdik, amma minsifətli olmağını hardan biləydik axı?!
"Təzdlar"
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN