Plenar və ya komitə iclasından çıxarılan deputatların maaşından 5% tutulacaq .

Tezadlar.az Gürcüstan parlamentinin saytına istinadla bildirir ki, bu barədə qanuna müvafiq dəyişikliklər bu gün Büronun iclasına təqdim olunacaq əsasnaməyə daxil edilib. Mövcud reqlamentə görə, deputatın maaşının müəyyən faizi yalnız iclasları buraxdığına görə tutulur. Bu həm plenar iclasa, həm də komitə iclasına aiddir. Yeni layihədə nəzərdə tutulan qanuna əsasən, müvafiq gündə iclas zamanı komitənin iclas zalını və ya plenar iclası tərk etməsi tələb olunan deputatın müvafiq ay üçün olan maaşının 5 faizi tutulacaq.

*** 

Azərbaycanda da iclaslara gəlməyən deputatlar var... Yaxşı olar ki, bizdə də belə qaydalar tətbiq edilsin. Üstəlik, təkcə iclasa gəlməyən yox, həm də iclasa gəlib susan, il boyu danışmayan deputatların da maaşından kəsilsə, yaxşı olar... Dövlət büdcəsi niyə susan deputata maaş verməlidir???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN