Deyəsən, Rusiya sülhməramlılardan Paşinyan da bezib...

Belə ki, "Rusiyanın sülhməramlı kontingenti Qarabağı tərk edərsə, onlar ölkələrinə qayıtmalıdır və Ermənistana köçürülməməlidir", -deyən Paşinyan İTV-yə müsahibəsində əlavə edib: “Bu, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya qayıtmalıdırlar... Mənə hər gün sərhəddə atəşkəsin pozulub-pozulmaması barədə məlumat verilir. Hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik və ya qoşunların cəmləşməsi müşahidə olunmur, ona görə də sülhməramlıların bölgədə niyə qalması sual doğurur..."

Bu azmış kimi, Nikol Paşinyan MDB sammitində iştirak etməyəcəyini deyib. Paşinyan müsahibəsində açıq şəkildə deyib ki, oktyabrın 13-də keçiriləcək MDB sammiti üçün Bişkekə getməyəcəyi barədə artıq Qırğızıstan prezidenti Sadir Cəfərova məlumat da verib.

Ekspertlər hesab edir ki, Paşinyanın bu hərəkəti Kremldə Ermənistanla münasibətlərin gələcəkdə necə ola biləcəyi sualına dəqiq cavabdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN