28 yaşlı Alim Sadiqov qaçırdığı 14 yaşlı Aytac Şahmarovanı qəsdən öldürmədiyini deyib.

Bu qan donduran hadisə Gürcüstanda baş verib... Tezadlar.az 24News.ge- yə istinadla bildirir ki,  Rustavi şəhər məhkəməsində baş verən qanlı hadisəni danışan Sadiqov, iddia edib ki, qeydiyyatda olan silahın pnevmatik olduğunu düşünüb. O həmçinin, qızın anasının onu aldatığını da iddia edib: "Hadisədən çox təssüflənirəm, amma qəsdən olmayıb, qəsdən adam öldürməyi qəbul etmirəm. Sadəcə onu yaralayacağımı düşündüm və qanı görəndə qorxdum və qaçdım. Düşündüm ki, silah pnevmatikdir və yalnız səs verir. Mən heç silah gəzdirməyi də bilmirəm, heç vaxt silahım olmayıb. Həyat yoldaşımın azyaşlı olduğunu da bilmirdim, anası mənə dedi ki, onun on səkkiz yaşı var”.

 Xatırladaq ki, qızı zorla ərə vermə və cinayət hadisəsi barədə polisə məlumat verməmək ittihamı ilə Aytac Şahmarovanın anası və dayısı da Rustavi şəhər məhkəməsinin qərarı ilə həbs olunublar.
Alim Sadiqova qarşı Cinayət Məcəlləsinin 11 prima 109, 143 və 236-cı maddələri ilə istintaq aparılır. 28 yaşlı Alim Sadıqov yetkinlik yaşına çatmayan 14 yaşlı qızı qaçırmaqda, sonra onu qəsdən öldürməkdə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham edilir. Təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bir daha təkrar edirik, təəssüflər olsun, azyaşlı qızları ərə vermə ənənəsi Azərbaycanda da var. Bunun isə cinayət olduğunu əvvəlcədən bilmək və övladlarının həyatını məhv etməmək barədə düşünmək lazımdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN