Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı rəsmi Kremlin qəzəbinə səbəb olub...

Tezadlar.az Ria-Novosti-yə istinadla bildirir ki, Moskva bu çıxışa görə Paşinyanın söylədiklərini məsuliyyətsiz və təxribatyönlü kimi qiymətləndirib. Sitat: "Ermənistanı Ukrayna nömrə 3-ə (Moldovanı Ukrayna nömrə 2 hesab etsək) çevirməyə necə cəhd erdiklərini görürük, Paşinyan isə sürətli addımlarla Vladimir Zelenskinin yoluyla gedir".

Qeyd edək ki, dünən oktyabrın 17-də Avropa parlamentində çıxış edən Paşinyan erməni əhalinin Dağlıq Qarabağdan köçürülməsi fonunda Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edib. O, konkret ölkələrin adlarını çəkmədən "təhlükəsizlik sahəsində müttəfiqlərini" tənqid edib. Onun sözlərinə görə, 100 min nəfər Dağlıq Qarabağdan Ermənistana qaçarkən Yerevanın müttəfiqləri "nəinki kömək etmədilər, üstəlik hakimiyyət dəyişikliyinə açıq çağırışlar etdilər". Ermənistanın baş naziri Avropa İttifaqı ilə əməkdaşlıq etməyə və bu birliyə mümkün qədər yaxın olmağa hazır olduğunu da bildirib. Təbii ki, MDB üzvlüyündən rəsmən çıxmamış Ermənistanın baş nazirinini bu çıxışı rəsmi Moskvanın xoşuna gəlməyəcək və lazımi addımlar atılacaq...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN