Vladimir Putin Kiyevin Rusiyaya qarşı ən güclü hücumlardan birini həyata keçirmək üçün ABŞ tərəfindən təchiz edilmiş yeni silahdan danışıb...

Putin jurnalistlərə deyib ki, Rusiya ABŞ istehsalı olan "ATACMS" kimi tanınan Taktiki Raket Sisteminin növbəti hücumlarını “dəf edə biləcək”. Amma Ukrayna bu raketlərdən bu gün Rusiyanın işğal etdiyi bölgələrdə istifadə edib və nəticədə 2 aerodromda doqquz rus helikopterini, həmçinin döyüş sursatı, hava hücumundan müdafiə sistemi və digər hərbi sursatları məhv edib.

 Tezadlar.az "washingtonpost"a istinadla yazır ki, nəşr xüsusi olaraq qeyd edir ki, "... Bundan sonra döyüş sahəsinin planı müəyyən dərəcədə dəyişəcək, çünki Rusiya öz təyyarələrini və sursat anbarlarını qorumalıdır". Hətta Pekinə səfəri zamanı jurnalistlərə danışan Putin ATACMS-in əlavə təhlükə yaratdığını etiraf edib, lakin o, bu silahın 1500 kilometrlik (932 mil) cəbhə xəttində vəziyyəti dəyişməyəcəyini də qeyd edib. Sitat: “Ukrayna üçün bu mənada yaxşı heç nə yoxdur... Bu, yalnız müharibə itkilərini artırır...".

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun ATACMS-i tədarük etmək qərarını müharibənin nəticəsini dəyişməyəcək “ehtiyatsızlıq” və “ciddi səhv” adlandırıb.
Böyük Britaniya Müdafiə Nazirliyi isə çərşənbə günü bildirib ki, Kreml qüvvələri hazırda Ukraynanın şərqində bəzi bölgələrdə irəliləməyə çalışır. Bununla belə, ərazilər yaxşı müdafiə olunur və rusların böyük bir irəliləyişlə bağlı məqsədlərinə çatması “çox çətin”dir.

 Müharibə isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN