Sən demə, Gürcüstn Konstitusiya Məhkəməsinin büdcəsinin 66 faizi maaşlara xərclənir.

Tezadlar.az ölkə Maliyyə Nazirliyinin bülleteninə istinadla xatırladır ki, bu barədə Döblət büdcəsinin layihəsində qeyd olunub. Bildirilir ki, 9 hakimin əksəriyyəti, 7-si artıq 2022-ci il üçün əmlak bəyannaməsini təqdim edib. Bu sənədləşməyə əsasən, ötən il Konstitusiya Məhkəməsinin sədri Merab Turavanın gəliri 132 (təxminən 84 min manat)  981 lari olub; Hakim Vasil Roinişvilinin gəliri - 121 648 lari; Hakim Xviça Kikilaşvilinin gəliri - 117 191 lari; Hakim Eva Qotsiridzenin 105 032 lari; Hakim Manana Kobaxidzenin 122 256 lari; Hakim və məhkəmə katibi Giorgi Tevdoraşvilinin gəliri 122 256 lari; Hakim Giorgi Kverençxiladzenin gəliri 117 191 lari olub. İrina İmerlişvili və Teymuraz Tuquşi isə hələ 2022-ci il üçün bəyannamələrini təqdim etməyiblər, buna görə də Tuquşinin sənədlərində onun 2021-ci ildə gəlirləri 109,312 lari təşkil edib.

 Məlumat üçün bildirək ki, ötən gün Parlamentdə prezident Salome Zurabişvilinin impiçment məsələsi (vəzifədən kənarlaşdırılması) səsverməyə qoyulub, prezidentin ipmiçmenti yetərli səs toplamadığı üçün baş tutmayıb. 2018-ci ildə 6 illik müddətə seçilən Salome Zurabişvilinin prezidentlik müddəti isə 2024-cü ilin sonunda başa çatacaq.

Bəs Azərbaycanda hakimlərin illik gəliri nə qədərdir? Sosial şəbəkə istifadəçilərinə bu barədə sual ünvanladıq, böyük əksəriyyəti yazdı ki, bizdə hakimlərin gəlirlərini yalnız DTX hesablaya bilər. "Çünki rüşvətsiz qərar qəbul edən hakimlər çox azdır, amma qalanlarının illik gəlirlərini, yəni maaş və rüşvəti birlikdə hesablamaq olduqca qəliz məsələdir...".

Təəssüblər olsun ki, real vəziyyət hələki belədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN