Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Boris Dolqov bildirib ki, hətta respublikaçı namizəd Donald Tramp seçkilərdə qalib gəlsə belə, ABŞ və İran arasında nüvə silahı ilə bağlı birbaşa danışıqlar başlaya bilər.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.

 “Hesab olunur ki, Tehran öz nüvə qurğusunu praktiki olaraq inkişaf etdirib. Bu, əsasən İsraildə ifadə edilir. Ona görə də təkcə amerikalılar deyil, ümumilikdə bütün kollektiv Qərb iranlıların bu istiqamətdə araşdırmalarını dayandırmasında maraqlıdır”, – deyə politoloq paylaşıb.

O, əlavə edib ki, Tramp qalib gəlsə, danışıqlar daha çətin olacaq, lakin həddən artıq çox şey risk altında olduğundan o, danışıqları tamamilə əngəlləyə bilməyəcək.

Bundan əvvəl İslam Respublikasının prezidenti Məsud Pezeşkian keçirdiyi mətbuat konfransında deyib ki, İran nüvə silahına sahib olmaq arzusunda deyil, lakin ölkə xarici təhlükələrlə üz-üzədir. Pezeşkianın fikrincə, Tehranın raketləri olmasa, o zaman Qərb ölkələri İrana, eləcə də Qəzza zolağına bombalar atacaq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN