Rusiyanın qulağından və gözündən uzaq, Baş nazir İrakli Qaribaşvili Ukraynada səfərdədir...

Onun Prezident Vladimir Zelenski ilə görüşü baş tutub. Gürcüstan KİV-ləri yazır ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq, siyasi-iqtisadi əməkdaşlıq və beynəlxalq istəklər müzakirə edilib. Görüş zamanı, Gürcüstan və Ukraynanın Avropa və Avroatlantik strukturlarda layiqli bir yer tutmaq üçün ortaq səylər və eyni zamanda ərazi bütövlüyünün pozulması kimi məsələlər müzakirə olunub. Vladimir Zelenskinin sözlərinə görə, son bir neçə ay ərzində Gürcüstan-Ukrayna münasibətləri xüsusi dinamizm və intensivliklə xarakterizə olunur. Onun sözlərinə görə, bu, iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında təmasların artması və yüksək səviyyəli ikitərəfli səfərlərin nəticəsidir. Ukrayna Prezidenti İrakli Qaribaşviliyə "Krım Platforması"a qatıldığı və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. Vladimir Zelenski Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha qeyd edib.

 Xatırlatmaq yerinə düşər ki, baş nazir İrakli Qaribaşvili "Krım Platforması" adlı beynəlxalq görüşdə iştirak etmək üçün Ukraynada səfərdədir. Təbii olaraq Rusiyanın qatılmadığı bu tədbirdə ona dost olmayan iki ölkənin baş nazir və prezidentinin görüşləri heç də xoş deyil. Rusiya mətbuatında bu narahatlığı ifadə edən yazılar da öz yerində... 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN