...Bu gün bölgədə keçiriləcək bir rəsmi tədbirlə bağlı xarici jurnalistlərlə yola çıxdıq... 

Bakının Xırdalan dairəsindən Müşfiqabaddakı köçkün qəsəbəsinədək 22 radar saydıq... Baş Dövlət Yol Polisi İdarəsi naşı sürücülərin sayəsində Xırdalan dairəsindən buradək olan 15-16 km-lik məsafədə sürət həddini 70 km/saat sürətdən 60km/saat sürətədək azaldıb... Yəni, bu yolda qurumun (naşı sürücülərin oduna təcrübəlilər də "yanmağa" məhkumdur...) bu qədər sərt nəzarəti var... Söhbət ondadır ki, 5-6 km- lik bu məsafədə (hansı ki, Bakı-Şamaxı istiqamətinə uzanan bu yolda tıxac yox, hansısa təhlükə də mövcud deyil) bu sürət qadağasına qəti zərurət yoxdur və 22 radar tətbiq edən Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad Postunun əməkdaşları bununla da kifayətlənmir, yolda hansısa köhnə uçuqlu tikilinin arxasında gizlənir və gizli reyd aparır... Bu o deməkdir ki, DYP pusqusu qurulmuşdur... Bunlar bu gün xarici jurnalistlərlə qarşımıza çıxan mənzərədir, amma biz utandığımızdan əcnəbi həmkarlarımıza fərqli izah verdik... Axı niyə?! Şəxsən niyə mən hansısa DYP postu rəisinin (Müşfiqabad postu) hansısa şəxsi maraq və niyyətlərinə görə xarici jurnalistlərin qarşısında xəcalət çəkməliyəm??? Türkiyədən Bakıyadək 3 min km məsafə qət edən bu jurnalistlər bir yerdə belə əcaib vəziyyətə rast gəlmir, amma Azərbaycana daxil olan kimi biabırçılıq başlayır... Ayıbdır, utancverici haldır... 

XXX 

Cənab Baş Dövlət DYP İdarəsinin rəhhərliyi, bu sürücülərə sərhəd tanımayan etibarsızlıq və təhqirdir!!! Əgər DYP inspektorları radarlardan 100 m sonra gizli müşahidə aparırsa, bu o deməkdir ki, ya maariflənmələrin nəticəsi sıfırdır və sürücüləri sadəcə, adam yerinə qoyma yoxdur, ya da... Ya da məqsəd odur ki, onları maksimum radar və qayda pozuntusu tələsinə salmaq lazlmdır... Dünyanın heç bir ölkəsində belə rəftar yoxdur... Məgər DYP inspektorunun vəzifəsi yalnız güdüb cərimə yazmaqdır?! Bəs qanunvericilikdə nəzərdə tutulan vəzifə və səlahiyyətlər?!

Nə isə...

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN