Ermənistanın baş naziri Paşinyan bu dəfə Tbilisidə feyk məlumatı ilə diqqəti çəkib...

Amma Azərbaycanın baş naziri Əli Əsədov onun cavabını elə üzünə deyib... "Azərbaycanın bir qonşusundan başqa digərləri ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi”,-  deyən Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda bildirib. Sitat: “Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanata əsasən, kommunikasiyaların açılması istiqamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayət qədər imkanlarımız var”.

 Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumunda çıxış edərkən Ermənistanın regionda bütün kommunikasiyaların açılmasına hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalayacaqlarına ümid edir. Amma onun arzuladığı həmin sülh sazişi 2020- ci ilin noyabrın 8- dın tıxaca düşübş hələ də yoldadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN