Rusiya Sülhməramlıların Qarabağdakı faktiki fəaliyyəti nöqtələnib...

Azərbaycanın 20 sentyabr tarixli son və qəti hərbi əməliyyatları ilə qondarma "DQR" özünü buraxdı, rəhbərləri həbs edildi, erməni hərbi birləşmələri Ermənistana rədd olub getdilər... Nəhayət, hazırda Xankəndidə Azərbaycan bayrağı dalğalanır... Beləliklə, Rusiya sülhməramlılarının statusu bundan sonra nədən ibarət olacaq? Axı ortada münaqişə ocağı qalmayıb ki, sülh də yaradılsın!

*** 

Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatır, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Press-relizdə, həmçinin sülhməramlıların silah və hərbi texnikasının “planlı təmir” üçün Rusiya Federasiyasına göndərilməsi də bildirilir. Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Rusiya sülhməramlılarının hərbi texnikasının qatarlarla daşınmasını əks etdirən videogörüntülər yayılıb.

Qarabağ Azərbaycandır!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN