Neçə vaxtdır müxtəlif sosial şəbəkə platformalarında ölkənin tanınmış şəxsləri barədə feyk paylaşımlar edilirdi...

Hətta millət vəkili Musa Quliyev barəsində ardıcıl olaraq yayılan bu cür paylaşımlarla bağlı "Təzadlar"a münasibət bildirmiş, bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini də bildirmişdi.

 Bu dəfə isə həmin seqmentlərdə saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılmışdır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında deyilur: "Bildiririk ki, qeyd olunan videomüraciət heç bir reallığı əks etdirmir və “deepfake” texnologiyaları ilə hazırlanmış saxta məlumatdır. Cəmiyyəti bir daha yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".
 Maraqlıdır, belə saxta məlumatların yayılmasında məqsəd nədir? Axı feyk məlumatın ömrü indiki texnologiyalar dönəmində cəmi bir neçə dəqiqə çəkir və yalan olduğu dərhal üzə çıxır...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN