Bu dəqiqələrdə "Meşəli qatili", erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

Tezadlar.az bildirir ki, məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə aparılır. Hazırda məhkəmə prosesində Vaqif Xaçaturyanın cinayət və quldur əməllərindən zərər çəkmiş insanlar, eləcə də onun törətdiyi qırğınların şahidləri ifadə verirlər.

Vaqif Xaçaturyan yenə də öz əməllərini zərərçəkmişlərin dilindən eşidəndə kövrəlib. Amma özü də özünün göz yaşlarına artıq inanmır. Çünki törətdiyi quldurluq əməlləri təfsilatı ilə və sübutlarla onun diqqətinə çatdırılır. O isə, sadəcə, "mən orda olmamışam!", yaxud "Yadımda deyil..." kimi yalan danışmağa üstünlük verir. Düzdür, bu yalanın üstü 30 ildən sonra açıldı, amma güc açıldı...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN