Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyevin "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabının yazılmasına görə büdcədən 1,2 milyon manat pul silinməsinə dair açıqlaması ətrafında qalmaqal davam edir... Tanınmış QHT rəhbəri, Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz bu mövzu ətrafında maraqlı status paylaşıb. Sitat: "Qarabağ Dirçəliş Fondunun nə seçdiyi forma, nə də nəzərdə tutduğu xərclər ağlabatan deyil. Qarabağ Dirçəliş Fondu 1.2 milyonluq kitab məsələsinə aydınlıq gətirib. Baxıram ki, Fond həqiqətən kitab buraxacaqlarını, lakin bunun fəqli bir proses olduğunu, müxtəlif dillərdə və variantlarda olacağını, təqdimatlar, müzakirələr və s. olacağını açıqlayıb. İstənilən halda, söhbət "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitabın yazılmasından, həm də onun Dubayda qeydiyyatda olan "Media Prima Advertising" şirkəti tərəfindən hazırlanmasından gedir. 
020bd046-4446-46e2-8144-6ceaaf2eb937
Həqiqətən də nəzərdə tutulan xərclər ağlabatan görsənmir. Baxmayaraq ki, Fond xərclərin ianələrdən toplanan vəsaitdən deyil, Fond tərəfindən yatırılan investisiyalardan əldə olunan gəlirlərdən formalaşdığını bildirib. Yeri gəlmişkən, Fondun vəsaitlərindən investisiya məqsədilə istifadəsi ağlabatan və məntiqlidir, amma gərək bu prosesdə ciddi şəffaflıq və hesabatlılıq olsun. Düşünürəm ki, Fondun niyyəti təqdirəlayiq olsa da, seçdiyi forma səmərəli, effektiv və ağlabatan deyil. Bəlkə də mahiyyət və forma etibarilə ən uğursuz variant seçilib. Qarabağın faciəsindən Zəfərinə doğru olan prosesi daha innovativ ideya ilə, daha ağlabatan xərclərlə gerçəkləşdirə bilərdilər. Bilmirəm ideya kimə məxsusdur. Amma düşünürəm ki, uğurlu deyil. Fikrimcə, həm də tanıdığım üçün deyə bilərəm ki, Fondun rəhbəri Rəhman Hacıyev qarşıya qoyulan məqsədə çatmaq üçün daha uğurlu variant tapa bilərdi...".
 Bəli, "Təzadlar" az əvvvəl bu mövzuya toxunmuşdu... Məsələ həqiqətən də ciddi və qalmaqallı, suallıdır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN