...Ənəs Malik İnaltəkin! O, Azərbaycanı dəlicəsinə sevən, Almaniya- Azərbaycan Muğam Mərkəzinin rəhbəri Abdulqadir İnaltəkinin oğludur! Ənəs Malik İnaltəkin 11 noyabr 2023-cü ildə Almaniyanın Limburg şəhərində "North American Grappling Association" (NAGA) tərəfindən keçirilən Avropa "Brazilian Jiu-Jitsu" (BJJ) turnirində rəqibini nokaut edərək Avropa çempionluğunu qazanıb. Ən maraqlısı, o, qalib olduğu ötən il Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağını da yarış sarayında başı üzərinə qaldırıb dünyaya göstərmişdir! Belə ki, Ənəs Malik 2022-ci ildə İstanbulda "Ultimate Fighting Championship" (UFC) tərəfindən keçirilən yüngül çəkili çempionluq BJJ turnirində də rəqibini nokaut edərək qızıl medal qazanmışdı və o, çempionluq medalını almaq üçün fəxri kürsüyə çıxanda Azərbaycan bayrağını başı üzərinə qaldırmışdır...
XXX
...Ənəs Malik Dağıstanlı dünya çempionu Həbib Nurməhəmmədovun yolunun davamçısı kimi böyük uğurlar əldə etməkdədir... "Təzadlar" ailəsi adından Ənəs Malik İnaltəkini Avropa çempionluğunu qazanması münasibətilə ürəkdən təbrik edirik. Onu da xatırladım ki, Ənəs Malik Almaniyanın paytaxtı Berlində anadan olub və "Ənəs" adı qadağan olduğuna görə (Ərəb adı olduğu üçün) atası onun adını hüquq müstəvisində qanuni yolla qoyub.
 Qeyd edək ki, Ümmü Saleym 10 yaşındakı oğlu Ənəs ibn Maliki Məhəmməd Peyğəmbərin hüzuruna gətirərək: "Ya Rəsulullah, mən kasıbam, Sizə qarşı xəcalət çəkirəm. Oğlumdan özgə Sizə hədiyyə verə bilmirəm. Onu özünüzə xidmətçi kimi qəbul edin." -deyir. Məhəmməd Peyğəmbər də Ənəsi mənəvi övlad kimi qəbul edir. Ənəs o gündən sonra Peyğəmbər vəfat edənə qədər Onun yanından ayrılmamışdır. Buna görə Ənəs ibn Malik Məhəmməd Peyğəmbərin mənəvi oğlu və ən çox Hadis rəvayət edən səhabəsi kimi qəbul edilir...
Bayraqlarımızı başımız üstünə qaldıran oğullarımızla fəxr edirik! Tanrı Türkiyəmizi, Azərbaycanımızı qorusun!
Asif MƏRZİLİ
39ad9f9a-8a8b-4ef6-bf0c-fd7713d13c71
c2214b77-24d9-4c08-972a-49d61daa4cd4
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN