İnsan nə qədər kar və kor olmalıdır ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizdən çox hissəsini 30 il ərzində işğal altında saxlamasını görüb bilməyə...

Budur,  Avropa Şurası Ermənistanın demokratik yolla seçilmiş hökuməti və təhlükəsizliyini dəstəkləmək üçün onunla əməkdaşlığın gücləndirilməsini müzakirə edib. Bunu bazar ertəsi Brüsseldə Avropa Ittifaqı xarici işlər nazirlərinin görüşündə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel deyib. Sitat: “Biz Ermənistandakı missiyamızı gücləndirmək qərarına gəldik: sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacag. Bız, həmçinin Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün dəstəyi və Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını öyrənəcəyik... Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”.

Sözün bitdiyi yer! Azərbaycan 44 günlük müharibəni də, 2023-cü ilin 19-20 sentyabr lokal hərbi əməliyyatlarını da öz ərazisində apardı və terrorçular ölkə ərazisindən it kimi qovuldu, banda başçıları həbs edildi və hazırda Azərbaycan DTX-nin istintaq təcridxanasında ifadə verirlər. Onlar terrorçu olduqlarını etiraf etməkdədirlər...

Bunu bilə-bilə "Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması qəbuledilməzdir!" -demək hansı normal ağılın məhsulu ola bilər??? Adam kordur, gözlərini müalicə etdirə bilər, laldır, sussun, kardır, qulağını əməliyyat etdirsin...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN