Bu gecə İsrail ordusu xüsusi əməliyyat həyata keçirərək HƏMAS-ın Qəzza şəhəri ətrafındakı müdafiə xəttini yarıb və qarşı tərəf üçün təhlükəli vəziyyət yaradıb...

Tezadlar.az- bu barədə məlumat verən İsrailin "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin qeyd edib ki, bu faktı İsrailin müdafiə naziri Yoav Qallant öz çıxışında qeyd edib. "Hərbi əməliyyat bütün istiqamətlərdə davam edib. Fələstin hökumət nümayəndələrinin yaydığı əsassız məlumatların əksinə olaraq İsrail ordusu nə xəstəxanalara, nə də mülki əhali yaşayan ərazilərə hava zərbələri endirmir. Amma bəzən məlum olur ki, HƏMAS- ın özünün raketləri mülki obyektlərə düşür... Bizim müdafiə naziri son bəyanatında da dedi ki, o, bütün hərbi tapşırıqları yerinə yetirmək üçün orduya hücumu davam etdirmək əmrini verdib. Bu müharibəni HƏMAS başlayıb, onun başında duranlar da bunlara görə cavabdehdir...".
CnN isə məlumat yayıb ki, İsrail hərbçiləri Qırmızı dəniz hövzəsində raketin qarşısını almaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə ediblər, bundan əvvəl Eylatda hava hücumu sirenləri işə düşüb. Hərbçilər raketin İsrail ərazisinə çatmadığını qeyd etsələr də, onu kimin atdığını dəqiqləşdirilməyib. HƏMAS-la İsrail arasında müharibə isə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq etmişdir.

Hərbi ekspertlər də bildirirlər ki, HƏMAS- ın təslim olması müharibənin başa çatması deməkdir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN