Ermənistanın siyasi və hərbi rəhbərliyinin davası budur ki, guya Azərbaycan Ordusu Ermənistanı işğal edəcək...

Nə qədər sərsəm və xəstə təxəyyül... Ermənilər işğalçılıqdan əl çəkmədiklərindən və bu xəstə arzularla yaşadıqlarından, elə bilirlər ki, Azərbaycan da onların ərazilərini işğal edəcək və s. Amma bu həyəcanda bir məna da var: Ermənistan rəhbərliyi 44 günlük müharibədə necə "mozqotryoseniye" alıb ki, hələ də psixoz vəziyyətdədir. Yəqin ki, sarkisyanlar, koçaryanlar... gecə yuxularında da Dəmir yumruq görürlər...

Qısası, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə yüksək vəzifəli rəsmisi çərşənbə günü amerikalı qanunvericiləri əmin edib ki, ABŞ Bakı ilə İrəvan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq, TURAN-ın Vaşinqton müxbiri belə xəbər verir.  Səfir Ceyms O`Brayen bunu Konqresin Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağın gələcəyi ilə bağlı keçirilən dinləmələrdə deyib. O, daha sonra konkret addımlar barədə məlumat verdi, birincisi, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir. Bundan əlavə, ABŞ  tranzit dəhlizinin tikintisini   sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir. O'Brayen həmçinin bildirib ki, Vaşinqton hər yüksək səviyyəli təmasda Ermənistana qarşı güc tətbiqinin tamamilə qəbuledilməz olduğunu “dəfələrlə” açıq şəkildə bəyan edib. “Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur və biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik”, o əlavə edib.

Vaşinqton Ermənistana dəstək üzərində də işləyir. “Biz Ermənistana dəstək vermək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik". 

Bütün bunlar isə o deməkdir ki, Ermənistan hakimiyyəti yazıq günə düşüb, yetən dəstək verəcəyini deyir ki, sakitləşsinlər... 

Amma o da var ki, yetimə "gəl-gəl" deyən çox olar, çörək verən isə bir! Həmin o çörək verən də Azərbaycandır, makronlar deyil...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN