SOCAR-«Downstream-Management» MMC-nin rəhbəri İlyas Bağıyevin iddia tələbi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 28-də, saat 09:30-da  Yasamal rayon Məhkəməsində (hakim Kərim Xudayevin sədrliyi ilə) baş tutacaq...

Xatırladırıq ki, tezadlar.az az saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında "SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar" başlıqlı yazı yayımlanıb. Yazının girişində aydın şəkildə belə qeyd olunur: "Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı elektron poçtuna daxil olan, eləcə də fb səhifəsində yazılan bəzi informasiyaları (lakin sonradan bəzi məmurların təkidi ilə şərh müəlliflərinin özlərinə sildirilən, amma NHMT-nin arxivində saxlanılan) bəzi şərhlərdən bəhs edərkən «Təzadlar»a maraqlı açıqlamalar verdi. Bu barədə aşağıda ayrıca bəhs ediləcək. Bu məsələdə olduqca maraqlı olan isə aşağıda adı çəkilən bəzi məsul şəxslərin SOCAR rəhbərliyinin başı üzərindən ölkə kənarındakı bəzi şirkətlərlə sual dolu əlaqələridir. Şikayətçi- neftçi M.Qəhrəmanlıya yazır...".

Ardınca şikayətçinin M.Qəhrəmanlıya yazdığı məlumat və müraciəti olduğu kimi, həm də NHMT sədrinin redaksiyamıza təqdim etdiyi, eləcə də özünün sosial media platformasında yayımladığı mətni mənbəyə istinadla (ixtisarla) təqdim edilmişdir.

Yazının linki belədir: https://tezadlar.az/index.php/en/agenda/21780-socar-in-geofizika-v-geologiya-i-dar-si-r-isinin-ail-podrati

*** 

"MEDİA haqqında" Qanunda, eləcə də əvvəlki "KİV haqqında" qanunda da qeyd olunduğu kimi, müəlliflik hüququ nəzərə alınmaq və mənbəyə istinad edilməklə təqdim edilən bu yazıda redaksiyanın məsuliyyəti istisna olunur. 

İkincisi, redaksiya 16 oktyabr 2023-cü ildə İnformasiya sorğusu olaraq SOCAR-ın rəsmi elektron poçtuna yazılı sorğu və şikayətçinin M.Qəhrəmanlıya göndərdiyi məlumat və müraciəti göndərilib ki, mövqe bildirilsin, sorğuya münasibət sərgilənsin. SOCAR-dan cavab gəlmədikdə, təkrar İnformasiya sorğusu 03 noyabr 2023-cü ildə də adı çəkilən quruma göndərilib. Bu günədək də cavab verilməyib, münasibət bildirilməyib. Yəni, redaksiya qarşı tərəfə müvafiq mövqe bildirmək, təkzib etmək imkanı yaradıb. 

Nəhayət, mövcud qanunvericilikdə qarşı tərəfin təkzib vermək və ya mövqe bildirmək hüququ vardır. Bu hüquqdan isə redaksiya imtina etməyib, yəni narazı tərəfin hər hansı təkzibi təqdim edilməyib. 

Yaxşı, ictimailəşmiş, yayımlanmış, mənbəyi gizli saxlanılmayan bir informasiyanın saytda yayımlanmasına görə niyə redaksiya məsuliyyət daşımalıdır? Biz, yəni Azərbaycan mətbuatı hər gün müxtəlif ölkələrin mediasına istinad edərək tənqidi yazılar, məlumatlar yayımlayırıq. Belə çıxır ki, kiminsə yayımladığına görə bizlər cavabdeh olmalıyıq? 

Beləliklə, inanırıq ki, bu məsələ ilə bağlı həm NHMT sədri xanım M.Qəhrəmanlı, həm də obyektivliyinə inandığımız və qərarlarına hörmətlə yanaşdığımız məhkəmə öz ədalətli və qanuni sözünü deyəcək.

Elçin MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN