Tanınmış alim, hüquq elmləri doktoru Məsumə Məlikovanın ad günüdür...

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, BDU-nun Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri Məsumə Məlikovanı ad günü münasibətilə təbrik edib.

"Təzadlar" təbrik məktubunu təqdim edir: "Hörmətli Məsumə xanım, Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz görkəmli alim kimi uzun və şərəfli ömür yolu keçmiş, Azərbaycan hüquq elminə böyük töhvələr vermisiniz. Siz tələbələrinizə qarşı daim xüsusi diqqətlə yanaşmısınız, Azərbaycan hüquq elminin inkişafında, onlarla hüquqşünas alimlərin yetişməsində fədakar xidmət göstərmisiniz. Respublikanın ictimai-siyasi həyatında iştirak edən yüzlərlə hüquqşünasın yetişməsində xüsusi əmək sərf etmisiniz. 
Professionallığınız və yüksək şəxsi keyfiyyətləriniz Sizə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandırıb. Həyatda əldə etdiyiniz bütün uğurlara əməksevərliyiniz, prinsipiallığınız, tələbkarlığınız, təmkinliliyiniz, təşkilatçılıq qabiliyyətiniz sayəsində nail ola bilmisiniz.

Hörmətli Məsumə xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Bizim arayış: Məsumə Fazil qızı Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. O, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) Hüquq fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra ADU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim, daha sonra baş müəllim, 1960-1968-ci illərdə isə dosent vəzifələrində çalışıb. Alim 1968-ci ildən indiyədək BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasına rəhbərlik edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN