Uzun illər yüksək dövləti vəzifələrdə çalışmış, həmişə hörmətlə adı çəkilən sabiq icra başçısı İnqilab Nadirov. vəfat edib...

Tezadlar.az dərin hörmətlə xatırladır ki, İnqilab Ədil oğlu Nadirov (Nadirli) (25 aprel 1940, Hüsülü, Ağcabədi rayonu16 dekabr 2023) — şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995), Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor.  1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.

1962–1964-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.

1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur.

1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur.

1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir.

Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir.

1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.

1994–1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.

ALlah rəhmət eləsinŞ 

"Təzadlar"ın kollektivi adından ailəsinə dərin hüznlə başsağlığı veririk.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN