...Sabiq prezident Mixail Saakaşvilinin əfv edilməsi məsələsi hələ də aktual olaraq qalır...

"Mən Mixeil Saakaşvilini əfv etməkdən imtina etməmişəm. Mən kimisə əfv edəcəyəm demirəmsə, demək ki o əfv barədə şərh vermirəm.", - deyən Gürcüstanın prezidenti Salome Zurabişvili "Azadlıq" radiosuna müsahibəsində belə açıqlamq verib. O, Saakaşvili ilə birgə keçmiş bir sıra siyasi liderlərin Gürcüstanın Avropa yolunda xidmətləri olduğunu bildirib: "Gürcüstanın bu yola (avropa yoluna) salınmasında nəinki onun, hətta Şevardnadzenin də böyük rolu olub. Qapını ilk açan o olub. Baş rolu bir neçə gün əvvəl 60 illik yubileyi qeyd olunan Zurab Jvaniya oynayıb. Hər kəsin yadındadır ki, o, birinci bəyan edib: "Mən gürcüyəm, mən avropalıyam". Bütün bu şəxslər, bütün bu hökumətlər və idarələr öz rolunu oynadılar. Təəssüf ki, Gürcüstanda çox yaxşı başlayan hökumətlər sonra bir az avtokratikləşməyə yönəlməyə meyllidirlər", - deyə prezident vurğulayıb.

Tezadlar.az xatırladır ki, Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs edilib. Salome Zurabişvili isə bundan öncəki müsahibələrində Saakaşvilini heç vaxt əfv etməyəcəyini söyləyib. Mixeil Saakaşvili deputat Valeri Qelaşvilinin döyülməsi və Sandro Qirqvlianinin qətlində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Üçüncü prezident həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz olaraq ələ keçirməkdə və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Mixel Saakaşvili təqsirini boynuna almır və o, Rusiyanın əli ilə siyasi təqiblərə məruz qaldığını bildirir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN