Ermənistanın siyasi rəhbərliyi yaxşı başa düşür ki, Azərbaycanla sülh dilində danışmaqdan başqa yol qalmayıb...

Elə buna görə də ötən gün "Biz əvvəllər dəfələrlə bildirdiyimiz kimi, artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq”, - deyən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə suala cavabında deyib. Sitat: "Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngiməsinin baş verdiyini göstərmir. Əgər, əlbəttə bu cür fikirlər daha çox əsaslandırılırsa, onlar çox dərin narahatlıq predmetinə çevrilməlidir".

Əslində, Paşinyan bu sözləri ilə Ermənistan cəmiyyətini gələcəkdə qarşılayacaq fəlakətlərdən xilas edir, amma eyni zamanda Ermənistanı problemlərə sürükləyən Makronu isə məyyus edir. Bunu Ermənistanın sosial media istifadəçiləri açıq şəkildə yazır. Məsələnş fb istifadəçi, politoloq Muradyan özünün platformasındakı şərhində belə yazıb: "Əlbəttə, Fransa bizim dərdimizı kənardan şərikdir, amma bizim bədbəxt günümüzü yaşamır, müharibədə bizimlə bir səngərdə olmadılar. İndi imkan versinlər qonşularımızla mehriban yaşayaq...".
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN