Bu da yeni korona xəbəri: ABŞ-ın kəşfiyyat orqanı koronavirusun mənşəyinin 90 günlük araşdırmasını başa çatdırıb və ölkənin prezidenti Cozef Baydenə verilmiş məruzənin məxfiliyini açıqlayıb.

"ABŞ-ın kəşfiyyat orqanı bir sıra əsas məsələlər üzrə əsas razılığa nail ola bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb. Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar".

Bəli, bunlar ABŞ-ın milli kəşfiyyat direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb. Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Azərbaycanda isə hələki koronavirusla bağlı müəmmalar davam edir. Daha dəqiqi, kimi koronaya inanır, kimi zarafat edir, kimi də... Kimi də yaxınlarını dəfn edir, amma yenə də müəmmalar davam edir...

Əsas odur ki, bu müəmmalı bəlaya təslim olmayın!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN