30 illik işğalçılıq siyasətinə Azərbaycan əsgərinin 44 günlük həmləsi ilə son verilən və diz çöküb təslim olan Ermənistanda bir ağıllı yoxdur ki, bu ölkəni (adamın dili də gəlmir) başa sala ki, daha bəsdirin...

İndi də qadınları şivən qoparıb məğlubiyyətlərinin qisasını almaq istəyirlər... Görün Yerkir Tsirani Partiyasının sədri Zaruhi Postancyan özünün Facebook səhifəsində nə yazır: "Türklər bizi yenidən alçaltdı, intiqam istəyirəm... Eyvazlı və Çayzəminin məsələsi sona çatdı, türklər təlimdə yaxşı məşqlər nümayiş etdirdi. Ermənistan-İran dövlətlərarası yolu iki gün bağladı, bizi yenidən alçaltdı. Ona görə də intiqam istəyirəm!”.

 25 avqust tarixində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum edərək onu yaralamışdı. Bundan sonra Azərbaycan tərəfi Ermənistan-İran dövlətlərarası yolu iki gün bağlı saxlayıb və Azərbaycana məxsus bir neçə km ərazilərin nəzarətini də təmin edib.

Bir sözlə, Ermənistan alçala-alçala gedir... Əhalisi vur-tut 2-3 milyon bir ölkə ki, özgə torpaqlarını işğal etməklə özünə dövlət qurmaq istəyir, onun taleyi artıq bəllidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN