Middle East nəşrinin verdiyi məlumata görə,  ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Naftali Bennet ilə keçirdiyi mətbuat konfransında yuxuya gedib.

Qeyd edək ki, görüş tet-a-tet formatında keçirilirmiş. Mətbuat konfransında İsrail hökumətinin başçısı Amerika və İsrail xalqları arasında dostluğun yeni mərhələsindən danışıarkən Bayden güya qulaq asırmış. Xəbərdə deyilir ki, həmsöhbətinə qulaq asan Bayden tam hərəkətsiz,gözləri yumulu olub,yəni yatıb. 

CNN-nin müxbiri  Daniel Dale özünün Twitter səhifəsində bu xəbəri "cəfəngiyyat" adlandırıb və əlavə edib ki, Co özünü çox gümrah hiss edir, mürgülədiyinə baxmayaraq həmsöhbətinin verdiyi suala o dəqiqə cavab verir.

Xatırladaq ki, Bayden bir müddət əvvəl Amerika prezidentləri Barak Obama və Donald Trampı səhv salmışdı, G 7- lərin sammitində arvadını itirmişdi, məbuat konfransında jurnalistin sualına cavab verməmiş zalı tərk etmiş, Putini Kutlin adlandırmışdı. Bu cür halların təkrar baş verməsindən ehtiyat edən mühafizəçilər son zamanlar Baydenin mikrofonunu söndürməyə başlayıblar.

2020-ci ildə keçiriləcək prezident seçkilərində Tramp Baydeni 'Yatağan Co" adlandırmışdı. Trampın dediyinə görə, o zaman  Demokratik Partiyadan prezidentliyə namizəd olan Bayden Di kanalına müsahibə verərkən yatmış, jurnalistin onu oyatmaq cəhdlərinə baxmayaraq, o oyanmamışdı.

Yorulur, çox yorulur Amerika prezidenti. Əfqanıstan problemi bir tərəfdən, sevimli itinin ölməsi o biri tərəfdən, koronavirus da üçüncü tərəfdən. Biz ona ancaq möhkəm can sağlığı  və yuxusunun çin olmasını arzulayırıq.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN