Londonda vaksin əleyhdarları Dərman Vasitələrinə Nəzarət üzrə Agentliyin binasına hücum çəkiblər.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Aksiya iştirakçıları qurumu yeniyetmələrin vaksinasiyasına izacə veridyi üçün sərt şəkildə tənqid ediblər.

Bir qrup fəal agentliyin baş ofisinə daxil olmağa cəhd göstərib.

Polis etirazçıların hücumlarının qarşısını alaraq, onların binaya girişinə mane olub.

Nümayişçilərlə hüquq-mühafizə orqanları nümayəndələri arasında toqquşmalar baş verib.

Qeyd edək ki, adıçəkilən agentlik Britaniyada 12-17 yaş arası vətəndaşların vaksinasiyasına icazə verib.

Xəbər verdiyimiz kimi, Avropa ölkələrində vaksin əleyhinə, qadağa və məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilir. İnsanlar koronavirusun planlı,düşünülmüş antibəşər bir proqram olduğunu başa düşür və vaksin vurdurmaq istəmirlər. İki gün öncə Avropa ölkələri ilə yanaşı, Kanada da, ABŞ-ın bir çox ştatlarında da bu cür aksiyalar keçirilib və polislə etirazçılar arasında qarşıdurmalar da olub.

Vaksin vurdurmağın da  bu məkrli plana aid olduğunu vaksin vurulan insanlar arsında ölüm hallarının 2 dəfə çox olması sübut edir. Belə ki, İngiltərənin özündə Səhiyyə Nazirliyinin verdiyi məlumatlara görə, "delta" ştammına qarşı vaksin vurulan insanlarda ölüm halları heç bir vaksin vurdurmayan insanların ölüm hallarından qat-qat yüksəkdir. Son məlumatda göstərilir ki, vaksin vurulmuş 108 xəstənin 70-i ölüb. Bir sözlə, vaksin koronavirusdan xilas etmir, əksinə, sona qədər tədqiq edilməyən vaksinlərin insanların ölümünə səbəb olması faktları kifayət qədərdir. Hələlik isə, insanlar buna qarşı etiraz aksiyaları keçirir və öz dövlətlərindən bu qərarların ləğv edilməsini tələb edirlər.

 

  Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN