İlham Əliyevin yenidən prezident seçilməsi dünya mediasında, o cümlədən qardaş Türkiyə mətbuatında da geniş təqdimatla şərh olunur...

nümunə olaraq ötən gün Türkiyənin “Haber Global” telekanalında İlham Əliyevin prezident seçkisindəki qələbəsi və bu qələbəni təmin edən səbəblər ətrafında geniş fikir mübadiləsi aparıldı. Şərhçilər bu seçimi tarixi yaddaş kimi önə çəkdilər. Tezadlar.az bildirir ki, proqramın qonağı olan tanınmış ekspertlər İlham Əliyevin xarici siyasətini xüsusi olaraq vurğuladılar. Onu da məxsusi qeyd etdilər ki, məhz İlham Əliyevin irəliyə doğru baxışı onilliklər öncə yalnız xəyal edilə bilən hadisələri bu gün reallığa çevirməyə imkan verib. Bu baxımdan məhz türk dövlətlərinin Qərb-Şərq ticarətində aparıcı rolu öz üzərilərinə götürmələri və dünya ticarətinin əsas fiqurları halına gəlmələri diqqətə çatdırıldı.

Türkiyənin digər telekanallarında da İlham Əliyevin yenidən prezident seçilməsi diqqətə çatdırılıb və dünyanın diqqətində olmuş Qarabağ kimi bir problemin birdəfəlik həllində İ.Əliyevin siyasi- hərbi addımları önə çəkilib.

Tezadlar.az həmin təqdimatlardan birini təqdim edir: 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN