Dünya siyasətində gülməli hadisələr çoxdur, biri də baş verdi...

Belə ki, Rusiyanın hüquq mühafizə orqanları Estoniyanın baş nazirini beynəlxalq axtarışa verib. Birləşmiş Ştatlar bu qərara sərt reaksiya verib və çərşənbə günü Rusiyanın Estoniyanın baş naziri Kada Kallası sovet dövründən qalma abidələri dağıdanlar siyahısına salmaq qərarına cavab verib. TURAN bildirir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonda TURANa bildirib ki, “Kremlin Estoniya rəsmilərinə qarşı absurd ittihamları Putinin revanşist xarici siyasətinin növbəti göstəricisidir”. "Bu cür hərəkətlər yeni bir şey deyil. Putinin Ukraynaya qarşı davam edən müharibəsi, suveren Gürcüstan ərazilərinin işğalı və Rusiya sərhədi boyunca NATO müttəfiqlərini təhdid etməsi Putinin təcavüzkar taktikaya əl atdığını və Rusiyanın qonşularının suverenliyinə məhəl qoymadığını nümayiş etdirir", - o bildirib.  Miller əlavə edib ki, ABŞ müttəfiqi Estoniyanı “dəstəkləyir” və baş nazir Kallasın Ukraynanı dəstəkləməsini alqışlayır.
     Çərşənbə axşamı Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kadu Kallas, Litvanın mədəniyyət naziri və əvvəlki Latviya parlamentinin üzvlərini "sovet dövrü abidələrinin dağıdılmasına" görə axtarışda olanlar siyahısına daxil edib.

Siyasi ekspertlər isə rəsmi Kremlin diqqətinə çatdırıblar ki, Rusiyanın siyasi rəhbərliyi əvvəlcə Ukrayna ərazisində aparılan müharibə nəticəsində dağıdılan tarixi abidələri göz önünə gətirsə yaxşıdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN