Bu gün tanınmış teatr və kino aktyoru, “Şərəf” ordenli, xalq artisti Siyavuş Aslanın ad günüdür.

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Siyavuş Məmmədağa oğlu  Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb.

Siyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb.

Ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

 Rolları:

 Bayram ("Kəndimizin mahnısı", Kərim Kərimov);
İbişov ("Özümüz bilərik", Şıxaəli Qurbanov);
Fürzuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə);
Şubay ("Ulduz", Sabit Rəhman);
Dadaşbala ("Hicran", Sabit Rəhman);
Qəmzəli ("Qaçırılmış qız", Cahangir Məmmədov);
Misir Nəsir ("Lənət sənə, kor şeytan", Firudin Aşurov);
Orduxan bəy ("Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov).

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb:

Hüseynbala ("Cahargah fantaziyası", Kərim Kərimov);
Luka ("Həyatın dibində", Maksim Qorki);
Romul Avqustul ("Böyük Romul", Fridrix Dürrenmatt);
Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı);
Ağaəli ("Günah", Rəhman Əlizadə)"
Mirzə Həbib ("Sərgüzəşti-vəziri-xani Lənkəran", Mirzə Fətəli Axundzadə);
Fəriş ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev);
Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev);
Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev);
Vanya Koxa ("Hökmdar və qızı", İlyas Əfəndiyev);
Qərib Qulam ("Mənsiz dünya", Nəbi Xəzri);
Mikayılov ("Tufandan əvvəl", Arif Süleymanov);
Əsdulla ("Ah, Paris… Paris!..", Elçin);
Kişi ("Mənim ərim dəlidir", Elçin);
Baş redaktor ("Mənim sevimli dəlim", Elçin);
Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin);
Poloni ("Hamlet", Uilyam Şekspir);
Sarı ("Varlı qadın", Əli Əmirli);
Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani).

Televiziya tamaşalarında isə yüzdən çox obraz ifa edib.

Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN