Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.

Tezadlar.az bildirir ki, bu barədə özünün instaqramdakı hesabında məlumat yerləşdirilib. Sitat: “Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”. Həmin məlumatda həm də bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: “Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.

Lakin hələki Azərbaycan XİN və ya DİN bu barədə əlavə məlumat yaymayıb. Eləcə də, Ermənistanın Kamil Zeynallını hansı səbəbə görə axtarışa verməsi də məlum deyil.

Burada bir sual da var: məsələn, Ermənistan DİN 44 günlük müharibədə düşmənə ağır zərbə vurmuş döyüşçülərimizdən və ya xüsusi təyinatlılarımızdan kimlərisə siyahılandırıb axtarışa versə, yenədəmi Rusiya DİN onları saxlayıb Ermənistana təhvil verə bilər?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN