Bu gün İsrail parlamenti Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib.

Tezadlar.az İsrailin "Sputnik" qəzetinin direktoru, tanınmış jurnalist və yazıçı Mark Qorinə istinadla bildirir ki, Knesset (İsrail parlamenti) ölkənin Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını təsdiqləyib. Sənədi 120 yerlik parlamentin 99 deputatı dəstəkləyib. 

Böyük siyasi qalmaqala səbəb olan bu qərarla bağlı hələki ərəb liqasından reaksiya yoxdur. İran isa bu qərara sərt reaksiya verib, lakin rəsmi açıqlama və ya görüləcək alternativ tədbir barədə heç nə deyilmir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN