Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vəd verdiyi kimi, dünən xalqa müraciət edib....

Xəbər verildiyi kimi, onun gözlənilən bu müraciəti Gürcüstanın siyasi dairələrində böyük narahatlıq yaratmışdı. O, yenidən ölkəyə qayıdacağının da anonsunu vermişdi, amma...

"Bildiyiniz kimi, mənim haqqımda cinayət işi açılıb. Ancaq bunu dünyanın heç bir ölkəsi tanımır. Mən adi şəkildə hər yerə, Gürcüstanın qonşu ölkələrinə gedirəm. Bu onu göstərir ki, haqqımda açılan cinayət işi təmamilə əsassızdır". Bu sözləri dünənki müraciətində Mixail Saakaşvili xalqa müraciətində deyib. O, qeyd edib ki, həbs olunmaqdan qorxmur və xalqa güvəni böyükdür: "Məni həbs etmələrindən qorxmuram. Çünki bilirəm gürcü xalqı həm özünü həm də məni azad edəcək. Mən öz taleyimi gürcü xalqının əlinə təslim etməkdən qorxmuram. Mən həmçinin hər kəsə demək istəyirəm ki, heç bir revanş olmayacaq. Ancaq demək istəyirəm ki, İvanişvili oğurladığı bütün qəpikləri geri gətirəcək, o gürcü xalqına verdiyi zərəri ödəyəcək. Demək istəyirəm ki, artıq geriyə qayıdacaq yol yoxdur. Bundan arxada sadəcə ölkəmizin, uşaqlarımızın gələcəyini itirməyimiz qalır. Gürcü xalqı üçün qələbənin vaxtı gəlib çatıb", - deyə Saakaşvili bildirib.

BU gün Saakaşvilinin müraciəti ilə bağlı Tibilisidə tərəfdarlarının toplantısının da olacağı barədə sosial şəbəkələrdə məlumatlar var.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN