…Birindən soruşurlar ki, o qabaqda gedən boğazı zəncirli kimdir, deyir, ağsaqqalımızdır!

Ermənistanın qabaqda gedəni Serj Sarkisyan idi, Koçaryan idi… Yalnız mahiyyəti işğalçılıq, soyqırım və terror olan fəaliyyətdə bulundular… Sonra bu yolu Baş naziri Nikol Paşinyan getmək istədi, amma bu dəfə Azərbaycanın səbri tükəndi və Ermənistanın indiyədək baş tutmuş işğalçılığına cəmi 44 gündə son qoyldu!

***

…Ermənilər özləri də etiraf edirlər ki, bu qondarma ölkənin siyasətçiləri həmin o 44 günlük müharibədən sonra qapıldıqları eyforiyadan və Rusiyanın qucağında tapdıqları məst yuxudan diksinib ayıldılar. Və gördülər ki, onların saxta addan, İrəvan konyakından və Haykanuşlardan başqa heç nəyi yox imiş… Beləcə, nəhayət, bəlli olur ki, ermənilərin qabaqda gedəni- Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. Baxıram, “Sputnik Armeniya”ya, bunu çox həvəslə paylaşım edib. Ermənilər sevinirlər ki, nəhayət, Paşinyanın ağlı yerinə qayıdıb… N.Paşinyan bu barədə hökumətin iclasında deyib. O, hətta sevinc içində sübut da gətirib və deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərinin normallaşmasının mümkünlüyü barədə açıq şəkildə danışıb: “Biz bu açıqlamalarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, avtomobil və dəmir yol əlaqələrinin bərpasının mümkünlüyünü müzakirə etmək üçün bir fürsət görürük”.

Ermənistanın Baş naziri daha geniş nəticələr əldə etməyə imkan verəcək danışıqlara hazır olduqlarını söyləyib. N. Paşinyan qeyd edib ki, Rusiya bu prosesə kömək etməyə hazırdır…

***

Yenə də Rusiya… Deməli, Ermənistan Rusiyasız bir addım da atmaq istəmir, qorxur. Əslində, bu yaxşı haldır. Çünki Türkiyə ilə Rusiyanın münasibətləri bəllidir. Bu iki ölkənin inkişafda bulunan münasibətlərinin fonunda Ermənistanın lazımsız iddialardan əl çəkməsi mümkünlüdür. Bu isə Ermənistanın xilası deməkdir, çünki bu qondarma ölkəni zəlil günə salan elə soyqırım, ermənilərə Qarabağda muxtariyyət tələbi və s. kimi iddialardır…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN