Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev

cari il aprelin 6-da, saat 10:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluqdan "Təzadlar"a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Neftçala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN