1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir, amma nazirliyin saytında hansısa vacib xəbərə rast gəlinmir…

«Təzadlar» xatırladır ki, 1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir. Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviçin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Bakıda səfərdədir. Nazir Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə də görüşüb, mədəniyyət günlərinin proqramı müzakirə edilib.

 Dünən isə H.Əliyev Sarayında Belarusun mədəniyyət işçilərinin möhtəşəm konsert proqramı baş tutdu. Konsertin açılışında nazir Adil Kərimli və Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç çıxış edərək hər iki ölkənin mədəni əlaqələrindən, dostluq və qardaşlıq münasibətlərindən bəhs etdilər.

Sonra sürəkli alqışlarla davam edən konsert proqramı düzənləndi.

Sözümüzün məqsədi var: dünən konsert proqramında Azərbaycanın mədəniyyət naziri və digər dövlət rəsmiləri, duputatlar, ictimaiyyət xadimləri və s. iştirak edirdi. Həmçinin «Təzadlar»ın əməkdaşları da. Yəni, dövlət səviyyəli təlbir idi. Az sonra elektron və sosial mediada bu maraqlı proqramın icrası ilə bağlı rəsmi xəbərlər axtardıq, tapılmadı. Azərbaycanın rəsmi və yarırəsmi sayılan xəbər agentlikləri də susmuşdu… Bu dəqiqələrdə də eyni hal baş verir… Bunları başa düşmək bəlkə də olar, amma Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi saytı niyə susub? Axı orda nazir çıxış etdi, Belorusda yaşayan Azərbaycanlı mədəniyyət işçiləri mahnılar oxudu, azərbaycanlı rəqqas oğlanın beloruslu xanımla rəqsi izlənildi, hətta onların tezliklə ailə həyatı quracaqları da bildirildi. Eləcə də Azərbaycan barədə çox maraqlı fikirlər səsləndirildi... Saytdakı xəbərlər bölümündə isə ən sonuncu xəbər martın 27-ə aiddir...

 Nə isə. Biz irad bildirmirik, amma tövsiyyə edirik ki, belə bir maraqlı və rəsmi tədbirin işıqlandırılması, Azərbaycan ictimaiyyətinə dəyərli xəbərləri oxutdurulması indiki məqamda xüsusilə çox vacibdir.

A.Məmmədli

P.S.İctimai xadim Etibar Əliyevə təşəkkür edirəm ki, dünənki tədbirdən Azərbaycanın başı şou əhlinə və lağlağı proqramlara, seriaallara... qarışmış TV-lərinin əvəzinə, gözəl video-sujet hazırlayıb... Yuxarıda təqdim edilib...

20240403_103951

20240403_103741

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN