Gürcüstanda bu gün onlarla ali təhsil müəssisəsinin tələbələri kütləvi tətil elan edərək, etiraz aksiyalarına qoşulublar.

Tezadlar.az Gürcüstanın sosial media istifadəçilərinə istinadla xəbər verir ki, "Xarici təsirin şəffalığı" haqqında qanuna qarşı tətil edən universitetlərin siyahısına ölkə üzrə 25 təhsil müəssisəsi daxildir. Aksiyaya Tbilisi Dövlət Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, GIPA Universiteti, Qriqol Robakidze Universiteti, Qafqaz Universiteti, Alte Universiteti, İliya Universiteti, İncəsənət Akademiyası, Aqrar Universitet, Tibb Universiteti, Şota Rustaveli adına Teatr və Kino Universiteti dəstək verib. Aksiyaya Rustaveli, Sulxan-Saba Orbeliani Universiteti, Batumi Dəniz Akademiyası və digər universitetlər də qoşulublar. Universitet müəllimləri sosial şəbəkələrdə tamamilə boş sinif otaqlarının fotolarını paylaşırlar.

 Bu gün parlamentin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək. Ölkə prezidenti isə əvvəldən bu qanunun əleyhinə olub. Bundan sonra hansı qərar qəbul ediləcək, tezliklə bilinəcək. Çünki müxalif qüvvələr də aktiv surətdə bu qanuna qarşıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN