Bu səhər Şuşa şəhərinə növbəti köç karvanı yola salındı...

Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumatda bildirilir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Sitat: "Bu mərhələdə Şuşa şəhərinə Bakı şəhərindən – 26 (89 nəfər), Bərdə rayonundan – 3 (12 nəfər), Sumqayıt şəhərindən – 2 (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 (6 nəfər), Zaqatala rayonundan – 1 (5 nəfər), İsmayıllı rayonundan – 1 (3 nəfər), Ağdaş rayonundan – 1 ailə (3 nəfər) olmaqla ümumilikdə daha 38 ailə – 136 nəfər köçürülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər...".

Beləliklə, 32 ildən sonra baş utan bu köç ilə Şuşa şəhərinə hələlik 58 ailə (224 nəfər) köçürülüb. 

Köçümüz və yurda qayıdışımız mübarək!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN