“Parlamentdə müxalifət təmsilçiləri az olduğu üçün qanunların müzakirəsi və qəbulu zamanı hamımız bir araya gələrək əleyhinə səs versək də, azlıqda qalırıq....” – MCP sədri

***

Bütün deputatlar öz vəzifələrini yerinə yetirməyə çalışır. Amma ayrı-ayrı məsələlərlə bağlı deputatlar tənqid olunur. Hesab edirəm ki, tənqidlərin çoxu hansısa yerlərdən qaynaqlanır.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, MCP-nın lideri Razi Nurullayev KİV-ə müsahibəsində bildirib.

r

Onun sözlərinə görə, bütün deputatlar üzərlərinə düşən vəzifəni yerinə yetirilər, sadəcə vətəndaşların deputatlardan gözləntiləri çoxdur.

“Bir sözlə, hazırkı Milli Məclis üzərinə düşəni edir. Təbii ki, yeni deputatlar seçiləcək, yeni nəfəs gələcək və s. Sonrakı dövrdə nələrsə dəyişəcək, yaxud nələrsə daha yaxşı olacaq, bu barədə nəsə demək hələ tezdir. Hazırkı deputatların hər biri mənim kimi “görəsən, nə dəyişəcək?” – deyə düşünə bilər. Qanunlar Milli Məclisə daxil olur, müzakirələr aparılır və sonda səsverməyə çıxarılır. Parlament dəyişən mexanizm deyil, əksinə qanunları müzakirə edir və dəyişir. Amma vətəndaşların deputatlardan gözləntiləri çoxdur. Onlar bilmək istəyirlər ki, görəsən, deputatlar hansı problemləri həll edə bilər”, - deyə qeyd edib.

Razi Nurullayev vurğulayıb ki, ona edilən müraciətlərin böyük əksəriyyəti səlahiyyəti ilə bağlı məsələlər olmayıb.

“Deputatlığım müddətində mənə yalnız iki dəfə səlahiyyətlərimə uyğun müraciət daxil olub. Qalanları isə səlahiyyətlərimlə bağlı olmayan məsələləri əks etdirib. Deputat qanunvericiliklə məşğul olmalıdır, amma onlara əvvəldən başqa cür yanaşıblar. Yəni, “o bizə kömək edə, sosial yardım verə, işə düzəldə bilər” və s. kimi. Hamının gözündə hər bir deputat ayrı-ayrılıqda əmək və əhalinin sosial müdafiəsi naziridir, məhkəmədir, hüquq-mühafizə orqanlarıdır, yaxud icra hakimiyyəti başçısıdır. Əslində isə belə deyil. Deputat şikayətləri qəbul edir, aidiyyəti üzrə yönləndirir. Bu baxımdan onlardan gözlənti və onların həll edəcəyi məsələlər arasında ciddi uçurum var”, - deyə bildirib.

Deputatın fikrincə, seçicilərin deputat səlahiyyətinə aid olmayan müraciətləri öz həllini tapmayanda narazılıq baş verir.

 “Bu səbəbdən çox halda insanlar deputatlardan narazı qalır. Vaxtilə namizəd olsa da, seçilə bilməyən bəzi şəxslər, eləcə də bəzi siyasi dairələr isə bu məsələni daha da qabardır və sönməkdə olan ocağın üstünə odun qoyurlar. İstərdim ki, onlardan bir neçəsi seçilsin. Gəlsinlər, görək, onlar bu kimi məsələləri necə həll edəcəklər? Yaxud da həll etdiyimiz problemlərin neçə faizini həll etməyə qabiliyyətləri çatır? Milli Məclisin səlahiyyətləri, eləcə də təmsil olunacaq siyasi qüvvələrin sayının çoxluğu ilə bağlı müzakirələr aparıla bilər. Hazırda parlamentdə müxalifət təmsilçiləri çox azdır. Qanunların müzakirəsi və qəbulu zamanı hamımız bir araya gələrək əleyhinə səs versək də, azlıqda qalırıq. Bu da vətəndaşlarda narazılığa səbəb olur", - Razi Nurullayev qeyd edib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN