Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb... 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:

"27 may 2024, 16:04

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram:

2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

Texnika sahəsi üzrə

Vaqif Məcid oğlu Fərzəliyev                 – “Xüsusi təyinatlı sürtkü yağlarının

Həqiqət Əliəşrəf qızı Cavadova               yaradılması və istehsalının təşkili”

Əfsun Rəzzaq oğlu Sucayev                    kompleks elmi-texniki işinə görə

Mədəniyyət sahəsi üzrə

Mehriban Zaur qızı Ələkbərzadə         – Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2024-cü il".

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN