Azərbaycan Mərkəzi və Şərqi Avropada bu sahədə 9 islahat həyata keçirən 5 ölkədən biridir və həmin hesabatda ölkəmiz mümkün 100 baldan 85 bal toplayıb.
***
Azərbaycan Dünya Bankının Qadın, Biznes və Hüquq reytinqində son bir ildə 35 pillə irəliləyərək 190 ölkə arasında ötən ildəki 104-cü pillədən bu il 69-cu pilləyə yüksəlib. Azərbaycanın bu hesabatda yerinin kəskin yaxşılaşması nə ilə bağlıdır?
Dünya Bankının qənaətinə görə, ötən il hökumətlər qadın hüquqları və biznes sahəsində 3 istiqamətdə irəlləyişlərə nail ola biliblər. Bunlar ödəniş, valdeyin hüquqları və iş yerlərinin müdafiəsidir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında məlumat verib.
O, diqqətə çatdırıb ki, Azərbaycan, İordaniya, Malayziya, Oman, Syerra-Leone və Özbəkistan birlikdə “ödəniş” bölməsi üzrə reytinqini yaxşılaşdıra bilib.
"Belə ki, ölkəmizdə sosial qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində qadınların sənaye və ya təhlükəli işlərdə fəaliyyət göstərməsi və bərabər ödəniş sistemi formalaşdırılıb. Bu islahatadək qanunvericilik qadınların 674 iş yerində işləməsini məhdudlaşdırırdı. Qanunvericiliyə edilən dəyişikliklər bu məhdudiyyətlərin aradan qaldırılmasına gətirib çıxarıb.
Hesabata əsasən, Azərbaycan Mərkəzi və Şərqi Avropada bu sahədə 9 islahat həyata keçirən 5 ölkədən biridir. Bütövlükdə isə, dünyada 18 ölkə hesabat ilində islahatlara imza ata bilib.
Qeyd edək ki, həmin hesabatda ölkəmiz mümkün 100 baldan 85 bal toplayıb. Qardaş Türkiyə və Özbəkistan 82.5, Qırğızıstan 76.9, Qazaxıstan 75.6 və Rusiya 73.1 bal ilə qiymətləndiriblər. 100 faizlik nəticəni isə 14 ölkə nümayiş etdirib. Onlardan Kanada istisna olunmaqla digər 13-ü Avropanı təmsil edir", - deyə o bildirib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN