“Gürcüstanda ikinci “Maydan” hadisələrini törətməyə nail ola bilməcəyəklər”

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində belə deyib. Baş nazir deyib ki, bu səbəbdən baş verənləri Ukraynadakı bu hərəkatla müqayisə etmək yanlışdır. Sitat: “Ölkəmizdə yaşananların “Maydan” hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Ukraynada o zaman baş verənlərin hazırda hansı nəticələrə səbəb olduğunu hər kəs bilir və görür. Bu hadisələr nəticəsində orada bir neçə dəfə hökumət dəyişikliyi baş verdi ki, bu da sonradan müharibə ilə nəticələndi. Ukrayna minlərlə itki verib və ən pisi də odur ki, baş verənlərə görə heç kim məsuliyyət daşımaq istəmir. Biz isə hazırda müstəqilliyimizi qorumağı düşünürük və əsas məqsədimiz yalnız bundan ibarətdir”.

 Kobaxidze xarici təsirin şəffaflığı haqqında qanunun qəbulundan sonra hakim partiya üzvlərinə qarşı başlayan kampaniyanı da dəyərləndirib və bunu liberal faşizm adlandırıb: “Əslində, radikal müxalifət çox pis məğlubiyyətə uğradı və bu, öz tərəfdarlarının simasını saxlamaq üçün bir növ cılız cəhddir, baxmayaraq ki, əlbəttə ki, hamısı uğurlu olmayacaq. Bunlar liberal faşist hərəkətləridir, lakin təbii ki, heç kim bu liberal faşizmdən qorxmur, xüsusən də komandamızın üzvləri”.

Ölkədə siyasi gərginlik isə hələ də qalmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN