"Gürcü deputatlar “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalamaqla ABŞ və Avropa Birliyinin təhdidlərinə baxmayaraq, öz mövqelərini müdafiə edə və ölkənin inkişafı lehinə seçim edə bildilər".

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Artyom Turov deyib. Sitat: "Gürcüstan hakimiyyəti öz suverenliyini gücləndirmək üçün mühüm addım atıb ki, kənar qüvvələrin təsirinə məruz qalmasın, Qərb ölkələrinin bir sıra siyasətçilərinin istədiyi kimi deyil, məhz gürcü xalqının istədiyi kimi inkişaf etsin. Qanun yeni qəbul olunanda reaksiyanı gördük, avropalı siyasətçilərdən, ABŞ-dan hansı təhdidlər var idi. Amma gürcü parlamentarilərini öz mövqelərini müdafiə etdiklərinə və gələcək üçün seçim etdiklərinə görə təbrik etməliyik”.

Beləliklə, Gürcüstan siyasilərinin də çoxu bu qanunun Rusiyanın maraqlarına xidmət etdiyini deyirdi. Rusiya siyasətçiləri isə bunu inkar edirdilər. Artıq zaman keçdikcə mübahisəli qanunun sirri açılır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN