... Açığı, bu mövzuya heç vaxt toxunmaq istəməmişik... Ən azı ona görə ki, ortada yazıçılığımızın və yazıçılarımızın ağsaqqalı Anar müəllim var... Amma və lakin... Və Anar müəllimin də xətrinə dəyməsin, Elza Seyidcahanı sədri olduğu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul ediəndə Seidcahanın şeir dünyasının mahiyyətini bilməli idi...
XXX
Nə isə... İndi məlum olur ki, Azərbaycan Yazıçılar Birliyində Əməkdar artist Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeiri ilə bağlı görüş keçirilib. Görüşdə Elza Seyidcahanın nəzərinə çatdırılaraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırılıb. Diqqət çəkmək üçün bu cür bayağı, qeyri-məqbul üsullardan istifadə etmək ciddi sənət adamına yaraşmadığı qeyd olunub. Sonda təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.
XXX
Bəli, atalar deyib, nə əkərsən, onu da biçərsən... Şəxsən hesab edirəm ki, bu xəbərdarlıq mənasızdır... Öyrəncəli adama bunun nə əhəmiyyəti?! Elza Seyidcahan AYB- nin sıralarından xaric edilməlidir... Vəssəlam, şüt təmam!
Elza Seyidcahanın indiyədək "...tikim" ifadəsi ilə başlanan şeirləri onu deməyə əsas verir ki, o yaxşı müğənni ola bilər, amma onun yaxşı və ya babat şair olması mümkünsüz görünür...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN