May ayının 31-də Şuşa rayon 24 nömrəli ümümi orta məktəbin U.B.T-rəhbəri Ramella Quliyeva tərəfindən 44-günlük Vətən müharibəsi zamanı

Füzuli şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qanı, canı ilə tarix yazmış Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, əslən Şuşa şəhərindən olan Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova məlumat verib.

Tədbirdə şəhid Nurlan Həsənovun atası Nadir müəllim, anası Həqiqət xanım, bacısı və şəhidimizin həyat yoldaşı Gülnar xanım övladları Məhəmməd və Nurgül, həmçini Qəbələ şəhərinin çoxsaylı şəhid anaları, ataları və Şəhid ailələri cəmiyyətinin sədri Təranə Alməmmədova da iştirak etmişdir.

Tədbir öncə Dövlət Himni səsləndirilmiş və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra məktəblilərin ifasında şəhid Nurlan Həsənova həsr olunmuş şerlər səsləndirilmiş, nəğmələr ifa olunmuşdur. Şagirdlərin ifasında hazırlanmış kompozisiya iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Şəhidlərimizin xatirəsinə həsr olunmuş, Xarıbülbül rəqsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Şəhid Nurlan Həsənovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən geniş məlumat verilmişdir. Qürur mənbəyimizə çevrilmiş şəhidlərimizi qürurla, hörmət və ehtiramla yad edirik. Şəhidlər ölməz, Vətən bölünməz!

Allah rəhmət eləsin!

 n

n

nn

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN