Türkiyədə hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəza ərazisinə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN