İki gün əvvəl ildırım vurmasından həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.

Tezadlar.az bildirir ki,  2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib və hərbi qaydalara uyğun vida mərasimi baş tutacaq.  

Xəbər verdiyimiz kimi, hadisə srağagün baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər. Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN