26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 106 - ci ildönümü münasibəti ilə FHN Mülki Müdafiə Qoşunlarının N saylı xilasetmə briqadası Qəbələ rayonunda şəhid ailələri və qazilərlə görüşü keçirib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova məlumat verib.

Tədbirdə şəhid ailələri, qazilər, hərbi hissənin komandiri polkovnik Amil Alcanov, hərbi hissənin zabit və əsgərləri,  ictimai təşkilatların rəhbərləri, jurnalistlər, Göyçay rayonundan gələn şəhid ailələri, həmçinin Qəbələ rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi də iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru  - klub rəisi Baş leytenant Mustafayev Zaur 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi barədə məlumat verib.

Daha sonra hərbi hissənin komandiri polkovnik Amil Alcanov tədbirdə fəal iştirak edən təşkilatçilara fəxri fərmanlar təqdim edib.

Tedbirdə iştirak edən musiqi kollektivi vətənpərvər ruhlu musiqilər səsləndiriblər.

q

  q

 q

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN