Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilib. Tədbirdə COP29-un İqlim üzrə gənclər çempionu, QHGT-nin sədri Leyla Həsənova gənclərin qlobal problemlərin həllində iştirak etmələrinin son dərəcə vacib olduğunu bildirib. Sonra QHGT-nin son dövrlərdə fəaliyyətini və tədbirin loqo konsepsiyasını əks etdirən videoçarx nümayiş olunub.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış ediblər.

Açılış mərasimindən sonra tədbir “Boşluqların doldurulması: iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq tədbirlərində gənclərin mənalı iştirakının genişləndirilməsi" mövzusuna həsr olunmuş panel müzakirələrlə davam edib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN